“Əcnəbi statusunun götürülməsi mümkün deyil”

“Əcnəbi statusunun götürülməsi mümkün deyil”
  04 İyun 2013    Oxunub:1191
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda xarici ölkə vətəndaşı olan soydaşların üzərindən əcnəbi statusunun götürülməsinin planlaşdırılmasına münasibət bildirib.

Komitə sədri Apa-ya açıqlamasında deyib ki, ayrı-ayrı millət vəkillərindən bununla bağlı təkliflər olub.

Onun sözlərinə görə, deputatların etdikləri bu təkliflərin qəbul edilməsi mümkün olmayıb:

“Ümumiyyətlə, “əcnəbi” anlayışı vətəndaşlıqla bağlı qanunvericiliyin predmetidir. Yeni hazırlanmış Miqrasiya Məcəlləsində Gürcüstan, Rusiya və digər ölkələrdə yaşayan soydaşlarımızla bağlı hansısa xüsusi rejimin yaradılması alınmır. Məcəllədə “Azərbaycan Respublikasının vətəndaşı” və “əcnəbi” anlayışlarından istifadə olunur. Bu, hüquqi bir sənəddir və miqrasiya məsələlərini tənzimləyir. Ona görə də bu təklifləri reallaşdırmaq hüquqi baxımdan mümkün deyil”.


Teqlər:





Xəbər lenti