Nəqliyyat nazirliyinin nümayəndələri Türkiyəyə gedir

Nəqliyyat nazirliyinin nümayəndələri Türkiyəyə gedir
  04 İyun 2013    Oxunub:1132
Türkiyənin Ankara şəhərində keçiriləcək iclasda Nəqliyyat Nazirliyi də təmsil olunacaq.
Nəqliyyat nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 06-07 iyun 2013-cü il tarixlərində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Beynəlxalq Avtomobil Daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyanın növbəti iclası keçiriləcəkdir.

İclasda beynəlxalq avtomobil daşımalarına dair hər iki ölkə üçün qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirə edilməsi planlaşdırılıb. Beynəlxalq Avtomobil Daşımaları üzrə Türkiyə-Azərbaycan Qarışıq Komissiyanın iclasında Nəqliyyat Nazirliyinin, həmçinin Nazirliyin müvafiq qurumlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti