Azərbaycan İspaniyaya nota verib
İyunun 5-də qondarma "Dağlıq Qarabağ respublikası"nın "prezidenti" Bako Saakyan dünya şöhrətli opera müğənnisi Monserat Kabalyeni qəbul edib. Bu barədə Trend Ermənistan KİV-ə istinadən məlumat verir.
Kabalyenin konserti iyunun 9-da Yerevanda Milli Akademik Opera və Balet Teatrında baş tutacaq.
Azərbaycan XİN dəfələrlə bəyan edib ki, Azərbaycanın müvafiq qurumlarını xəbərdar etmədən Azərbaycanın işğal edilmiş ərazilərinə həyata keçirilən səfərlər qanunazidd xarakter daşıyır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər yetirir.
Teqlər: