Normativlər dəyişdi
Fərmana uyğun olaraq, Əsasnaməyə aşağıdakı məzmunda 8.13-1-ci yarımbənd əlavə edilir: "8.13-1. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasının layihəsini hazırlamaq və təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək".
Qeyd edək ki, "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli fərmanı ilə təsdiq edilib.
AzVision.az