Mikayıl Cabbarov: “Təhsil cəmiyyətin ən böyük investisiyasıdır”

Mikayıl Cabbarov:  “Təhsil cəmiyyətin ən böyük investisiyasıdır”
  07 İyun 2013    Oxunub:1803
Bu gün Harvard Universitetinin Kennedy İdarəçilik Məktəbinin tələbələrinin iştirakı ilə “Azərbaycana Baxış” beynəlxalq forumu keçirilib.

AzVision.az-ın məlumatına görə, forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, təhsil cəmiyyətin inkişafı üçün əsas rol oynayır. Nazirin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqda sonra təhsil sistemində dəyişiklik baş verdi.

“Belə ki, təhsil bir sistemdən digərinə keçdi. Bu təhsil sistemi daha effektiv idi. Onu qeyd etmək istərdim ki, yalnız yüksək təhsilli şəxslər cəmiyyətdə ən yaxşı vətəndaş və ən yaxşı valideyn ola bilərlər. Təhsil cəmiyyətin ən böyük investisiyasıdır. Azərbaycanda təhsilin inkişafı qlobal dünyanı dəyişməyə kömək edəcək”-deyə təhsil naziri vurğulayıb.

Qeyd edək ki, forumda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, təhsil naziri Mikayıl Cabbarov, Harvard Universitetində təhsil almış Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, hazırda Harvard Universitetində təhsil alan xarici tələbələr və bir sıra qonaqlar iştirak ediblər.

Anar



Teqlər:  





Xəbər lenti