İlham Əliyev Forum iştirakçılarına müraciət etdi

İlham Əliyev Forum iştirakçılarına müraciət etdi
  07 İyun 2013    Oxunub:1273
Azərbaycan Prezidenti İlham Əliyev IV Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarına müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

"Sizi - qəhrəman şəhər Volqoqradda keçirilən illik Rusiya-Azərbaycan regionlararası Forumunun iştirakçılarını və təşkilatçılarını ürəkdən salamlayıram. Yaranmış ənənəyə görə, bu Forum çərçivəsində iclaslar növbə ilə Azərbaycanda və Rusiyada keçirilir. Bu, hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı maraq prinsiplərinə əsaslanan ikitərəfli əlaqələrin davamlı inkişafına dəlalət edir.

Əlamətdar haldır ki, bu qısa müddətdə forum regionlararası əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan birgə təklif və qərarlar hazırlanması üçün səmərəli bir məkana çevrilmişdir".

Dövlət başçısı qeyd edib ki, bir məqam dərin rəmzi məna daşıyır ki, bu dəfə görüş yeri kimi cari ildə Stalinqrad ətrafında qələbənin 70 illiyini qeyd etmiş Volqoqrad şəhəri seçilmişdir:

"Axı faşist Almaniyasını ölkənin içərilərinə soxulmaq, o cümlədən silahlı qüvvələrin döyüş qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan Bakı neftini ələ keçirmək imkanından məhrum etmiş, bununla da bütün müharibənin gedişini dəyişmiş ən şiddətli döyüşlər məhz bu torpaqda gedirdi. O müharibə illərində xalqlarımızın qismətinə düşmüş ağır sınaqlardan birlikdə çıxdıq. Sevindirici haldır ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir".

Müraciətdə bildirilir ki, ölkələrimiz siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir, əməkdaşlığın coğrafiyası genişlənir:
"Əminəm ki, Forum iştirakçıları qarşılıqlı anlaşmanın dərinləşməsinə sanballı töhfə verən, ikitərəfli əlaqələri daha da möhkəmlədən işgüzar və konstruktiv dialoqa nail olacaqlar. Sizə səmərəli iş arzulayır, ən xoş diləklərimi bildirirəm".


Teqlər:  





Xəbər lenti