Bu gün yağış yağacaq, külək əsəcək
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 18-19, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 19-20, Türkan, Hövsan, Şıx, Sahildə 20-21 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.
Yaxın 2 gün müddətində respublikanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən yağışlı və küləkli hava şəraiti payızlıq dənli bitkilərdə gövdələrin yerəyatma sahəsini artıracaq və məhsul yığımını bir qədər çətinləşdirəcək. Nisbətən yüksək temperatur rejimi kənd təsərrüfatı bitkillərinin boy artmasının və inkişafının sürətləndirilməsini davam etdirəcək.