Misirdə Nizami Mərkəzi açılacaq

Misirdə Nizami Mərkəzi açılacaq
  10 İyun 2013    Oxunub:1249
Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, böyük tarixə, adət-ənənəyə və mədəniyyətə malik olan, Azərbaycanın dahi şairi Nizaminin adını daşıyan Beynəlxalq Mərkəzin Misirdəki xüsusi nümayəndəliyi İsgəndəriyyə Kitabxanasının nəzdində fəaliyyət göstərəcək.

Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda Mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Nümayəndəlik bilavasitə İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin kuratorluğu ilə fəaliyyət göstərəcək.

Bununla yanaşı, Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanasında və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq.

Bütün bunlar, eləcə də digər məsələlər İ.Seragəldinin iyul ayında Azərbaycana planlaşdırılan işçi səfəri çərçivəsində ətraflı müzakirə olunacaq.



Teqlər:  





Xəbər lenti