Nazirlik əməkdaşları işdən çıxarıldı

Nazirlik əməkdaşları işdən çıxarıldı
  10 İyun 2013    Oxunub:1147
Ekologiya və Təbii Sərvətlər Departamentinin rəhbəri tutduğu vəzifədən azad edilib.
Bakı şəhərinin bir sıra rayonlarında, xüsusilə də Xətai rayonu ərazisində yaşıllıqların qanunsuz məhv edilərək yerində tikinti işlərinin aparılması, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayətlər Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az- verilən məlumata görə, araşdırma zamanı paytaxt ərazisində müxtəlif diametrli yaşköküstə ağacların kəsildiyi faktları aşkar olunub, ekoloji qanunvericiliyin pozulduğu, ətraf mühitin mühafizəsinə cavabdeh olan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departametinin əməkdaşlarının Bakı şəhərində ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin qeyri-qənaətbəxş səviyyədə təşkil edildiyi müəyyən olunub. Xidməti ərazilərdə ekoloji qanunvericiliyin pozulmasına, xüsusilə yaşıllıqların məhv edilməsinə qarşı zəruri tədbirlər görülməməsinə, məlumat və şikayətlərin vaxtında araşdırılmamasına görə Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentin rəhbəri və digər məsul şəxslər tutduqları vəzifədən azad ediliblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti