Yağış yağacaq
Havanın temperaturunun gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 19-21 dərəcə isti təşkil edəcək.
İyunun 11-dən 13-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olacaq.
Rayonlarda iyunun 11-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Dağlarda gecə 6-11, gündüz 15-25 dərəcə isti olacağı gözlənilir.