“İcra hakimiyyətləri də elektron hökumətə qoşulacaq”

 “İcra hakimiyyətləri də elektron hökumətə qoşulacaq”
  11 İyun 2013    Oxunub:1263
“40 mərkəzi icra hakimiyyəti orqanı bu portalala qoşulub”.
“Azərbaycanda növbəti üç ildə yerli icra hakimiyyəti orqanları da elektron hökumət protalına qoşulacaq”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavini bildirib ki, ölkə başçısı tərəfindən elektron hökumət portalının əsasnaməsi təsdiq olunarkən bir neçə tapşırıqlar verilib.

“Bunlardan da biri biləvasitə “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi” və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın hazırlanmasıdır. Məhz bu proqram çərçivəsində yerli icra hakimiyyəti orqanlarının da elektron xidmətlər göstərməsi, portala qoşulması və digər bu kimi msələlərin həlli gözlənilir”.

E.Vəlizadə qeyd edib ki, ölkədə Elektron hökumət portalı artıq fəaliyyətdədir və gündən-günə onun fəaliyyətinə əhali tərəfindən diqqət artır. Onun sözlərinə görə, nəzərdə tutulduğu kimi, 40 mərkəzi icra hakimiyyəti orqanı bu portalala qoşulub.

“Təqribən bu qrumlar tərəfindən 217 elektron xidmət hal-hazırda vətəndaşlarımıza göstərilir. Statistikamız onu göstərir ki, vətəndaşlar bu xidmətlər çox böyük maraq göstərirlər. Gündən günə də elektron hökumət portalna daxil olan vətəndaşlarımızın sayı, giriş üçün kod parolların alanların, elektron iza alan şəxslərin, biləvasitə bu xidmətlərdən istifadə edən şəxslərin sayı artmaqdadır”-deyə nazir müavini vurğulayıb.

Anar


Teqlər:  





Xəbər lenti