Hansı apteklər bağlanacaq?

Hansı apteklər bağlanacaq?
  11 İyun 2013    Oxunub:1501
Səhiyyə Nazirliyi monitorinq nəticələrini açıqladı
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin AzVision.az-a verdiyi məlumata görə, Nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi 2013-cü ilin I rübü ərzində əczaçılıq müəssisələrində əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə reydlər keçirib.

Ümumilikdə, 68 aptekdə yoxlama aparılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyətilə məşğul olan 1 aptek aşkarlanıb. Həmin aptekin fəaliyyəti dayandırılıb.

Həmçinin keçirilən reydlər nəticəsində yararlıq haqqında analiz protokolu olmayan 1202 qutu (bunlardan 818 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 9 qutu dərman preparatları aşkar olunaraq, müsadirə edilib.

Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti