Bakıda 13 yaşlı qız itkin düşüb

Bakıda 13 yaşlı qız itkin düşüb
  11 İyun 2013    Oxunub:1442
Bakının Yasamal rayonunda məktəbli qız evdən çıxaraq bir daha geri qayıtmayıb.
Yasamal rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən Qasımova Jalə Əhməd qızı Yasamal rayon polis idarəsinin 29-cu Polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı 13 yaşlı Bağırova Könül Paşa qızı 10 iyun 2013-cü il tarixdə saat 21.45 radələrində marketə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mirvari





Teqlər:  





Xəbər lenti