Sabah 32 dərəcə isti olacaq
Havanın temperaturunun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Şıx, Sahildə 22-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Teqlər: