İspaniyadan Türkiyəyə dəstək

 İspaniyadan Türkiyəyə dəstək
  13 İyun 2013    Oxunub:1162
"İspaniya böhrandan çıxış üçün rəsmi Ankaraya yardım göstərməyə hazırdır"
"Türkiyədə baş verən hadisələri bu ölkənin özü həll edəcək. Heç kim Türkiyəyə dərs verməyə cəhd göstərməsin".

Belə maraqlı bəyanatla İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya çıxış edib. O bildirib ki, Taksimdə baş verən hadisələr Türkiyənin daxili işidir. Bir sıra dövlətlərin belə bir məqamdan istifadə etmək cəhdi yolverilməzdir.

Nazir qeyd edib ki, İspaniya böhrandan çıxış üçün rəsmi Ankaraya istənilən yardımı göstərməyə hazırdır. Xose Manuel Qarsiyanın sözlərinə görə, rəsmi Madridin Türkiyə hökumətinə münasibəti yalnız dost xarakterlidir.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti