ATƏT: Türk jurnalistlərin gözü qorxub

ATƏT: Türk jurnalistlərin gözü qorxub
  13 İyun 2013    Oxunub:1334
Türkiyədə davam edən etirazlar zamanı özünə senzura qoyan jurnalistlərin həbsi Türkiyə mediasını yaman qorxudub. Bu barədə Avropanın əsas hüquq və demokratiya bələdçisi məlumat verib.

ATƏT-in mediya azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç bildirib ki, Türkiyədə 67 jurnalist dəmir barmaqlıqlar arxasına salınıb. Bu rəqəm orqana üzv 57 ölkə arasında ən yüksək göstəricidir.

Miyatoviç deyib ki, ötən illə müqayisədə jurnalistlərin həbsində azalma müşahidə edilsə də( ötən il bu göstərici 95-ə bərabər olub-red.) ölkədə medianın vəziyyəti heç də yaxşı deyil.

“Sadəcə başa düşə bilmirəm, necə ola bilər ki,Türkiyədə bu qədər potensial terrorçu jurnalist olsun” deyə o, Reuters agentliyinə müsahibəsində Türkiyə hökumətinin anti-terrorizm əleyhinə həyata keçirdiyi təbirlərə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə ölkədə media və ifadə azadlığı nəinki təhlükə altındadır, həmçinin artıq məhv olub.

Miyatoviç həmçinin Azərbaycan, Belarus, Rusiya, Mərkəzi Asiya və Balkan dövlətlərinin də adlarını çəkib və telefon danışıqlarının dinlənməsi məsələsinin fonunda inkişaf edən ifadə azadlığının tapdalanmasına görə ABŞ-dan, medianın idarə edilməsi üçün siyasi partiyalar tərəfindən hazırlanan yeni sistemə görə isə Britaniyadan narahat olduğunu bildirib.

Türkiyədə isə Rəcəb Tayyip Ərdoğanın tərəfdarları rəqiblərinin Ərdoğanı konstitutsion bir dövlətdə gizli şəkildə şəriət qaydalarını yürütdüyü və mediyanı sıxışdırdığı ilə bağlı ittihamları rədd edirlər.

Miyatoviç qeyd edir ki, Türkiyə mediyası ölkədə baş verən qarşıdurmalar zamanı cəmiyyətə tamamilə fərqli “şəkillər” göstərib hadisələri olduğu kimi təqdim etməkdən çəkinib və burada özünü-senzura var.

“Çox güman ki Türkiyə media mənsubları sonlarının həbsxana ilə bitəcəyindən qorxaraq bu cür addımlar atıblar”-deyə o bildirib.

Türkiyə hökuməti isə bildirir ki, həbs edilən jurnalistlər silahlı terrorçu təşkilatlarla əməkdaşlıq etdiklərinə, jurnalistə yaraşmayan əməllərə görə saxlanılıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti