Qanvermə aksiyası keçiriləcək

 Qanvermə aksiyası keçiriləcək
  13 İyun 2013    Oxunub:1408
Respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan donor qanının həcmi artıb, qanın komponentlərə bölünməsi işi yaxşılaşdırıılb, qanın təhlükəsizliyin təmin edilməsində laborator nəzarət gücləndirilib.
AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 14 iyun-Ümumdünya Qan Donoru Günü ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, 2011-ci ildə respublika üzrə 57 782 nəfər donorluq edərək qan veribsə, 2012-ci ildə bu rəqəm 2,8% artaraq 59 393 nəfər olub ki, bu rəqəmin də təxminən 54% MQB-nın donorlarının payına düşür.

Donor sayının artmasıyla əlaqədar, təbii olaraq tədarük edilən qan və qan komponentlərinin də miqdarı artıb və daha çox xəstəyə yardım etmək mümkün olub. Respublika üzrə 2011-ci ildə 28 ton 13 litr qan tədarük edilib, 2012-ci ildə bu rəqəm 7% artaraq 29 ton 964 litrə qədər yüksəlib.

Həmçinin rayonlarda mərkəzi qan bankının bölmələrinin yaradılması regionlarda xəstələrin qanla təchizatı xeyli yaxşılaşdırılıb və Bakıya qan köçürülməsi üçün gələn talassemiyalı xəstələrin sayının azalmasına gətirib çıxardıb.

2011-ci ildə 225, 2012-ci ildə isə 229 aksiya könüllü aksiya təşkil olunub. Bundan əlavə 2013-cü il ərzində Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib. Qrafikə əsasən 12 fevral 2013-cü il tarixindən səhiyyə müəssisələrində qanvermə aksiyalarına start verilib. Və bu günə kimi, tədarük olunan qan ehtiyatının 30-40 faizini tibb işçilərindən könüllü aksiyalarda iştirakı sayəsində təşkil edilib.

Qeyd edək ki, 14 iyun Beynəlxalq Qan Donorluğu Günü münasibəti ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasında könüllü qanvermə aksiyası həyata keçiriləcək.


AzVision.az


Teqlər:  





Xəbər lenti