Elmar Məmmədyarov səfirlə görüşüb

Elmar Məmmədyarov səfirlə görüşüb
  13 İyun 2013    Oxunub:1422
Nazir Elmar Məmmədyarov İsveçrənin səfiri Sabin Ulman Şabanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının səfiri Sabin Ulman Şabanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azvision.az xəbər verir ki, nazir Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu bildirmiş və səfir Sabin Ulman Şabana gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İsveçrə Konfederasiyasının səfiri iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirmiş və əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf perspektivləri və xüsusilə də enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti