Messi həbs ediləcək ?

Messi həbs ediləcək ?
  14 İyun 2013    Oxunub:1556
Vergidən yayınmaqda ittiham olunan "Barselona"nın dünyaca məşhur hücumçusu Leonel Messinin taleyi müzakirə mövzusuna çevrilib.
İspaniya mətbuatının yazdığına görə, 2007-2009-cu illərdə vergidən yayınan Messinin günahı sübuta yetirilsə də mövcud qanunvericiliyə əsasən həbsxanaya düşməyəcək.

Argentinalı hücumçu ən pis halda 10 milyon avro cəzalandırılacaq. Vergi cinayətinə görə, o, qanunla 3 il 6 ay həbs cəzası almalı olsa da futbolçu əvvəllər məhkum olunmadığı üçün həbsxanaya düşməyəcək.

Xatırladaq ki, İspaniya vergi əməkdaşlarının apardığı yoxlamalar zamanı Lionel Messinin və onun atasının 2007, 2008 və 2009-ci illərdə ümumən 4 milyon avronu vergidən yayındırdığı üzə çıxıb.


Teqlər:





Xəbər lenti