Hərbçinin həlakı ilə bağlı araşdırma aparılır I YENİLƏNİB

Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
***
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
AzVision.az xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
AzVision.az