Aİ Rusiya ilə sərhəddə “PUA-lar divarı” yaratmaq istəmir

   Aİ Rusiya ilə sərhəddə “PUA-lar divarı” yaratmaq istəmir
  07 Aprel 2025    Oxunub:487
Avropa İttifaqı (Aİ) Estoniya və Litvanın Rusiya ilə sərhəddə “pilotsuz təyyarələr üçün divar” tikintisinə vəsait ayırmaq xahişini rədd edib.
AzVision.az “ERR” tele-radio şirkətinə istinadən xəbvər verir ki, Estoniya və Litvanın sərhəd xidmətləri “dron divarı” yaratmaq üçün Aİ-nin maliyyə dəstəyi üçün birgə müraciət ediblər. Layihə Rusiya ilə şərq sərhədinin monitorinqini və dronlara qarşı avadanlığın quraşdırılmasını nəzərdə tuturdu. Estoniya hökuməti bu məqsədlər üçün üç il ərzində təqribən 12 milyon avro ayırmaq niyyətində idi və əlavə vəsaitin Aİ-dən cəlb edilməsini planlaşdırırdı.

Lakin Aİ bu təşəbbüsü təsdiqləməyib. İndi Estoniya və Litva layihəni həyata keçirmək üçün müstəqil şəkildə başqa maliyyə mənbələri axtarmalı olacaqlar.

Bundan əvvəl Estoniyanın Dövlət Müdafiə İnvestisiya Mərkəzinin nümayəndəsi Mati Tikerpuu ölkənin ballistik raketlərdən qorunmaq üçün hava hücumundan müdafiə (HHM) sistemləri almaq planlarından danışıb. Onun sözlərinə görə, satınalma siyahısına “Aster” raketləri ilə Avropanın “SAMP/T” HHM sistemi, Amerikanın “Patriot” kompleksi və İsrailin “Davidin Sapandı” sistemi daxildir.

Tikerpuu qeyd edib ki, Estoniya artıq istehsalçılarla danışıqlara başlayıb. Hazırda tədarükün həcmi, vaxtı və avadanlıqların dəyəri müzakirə olunur.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Rusiya   PUA-lar  





Xəbər lenti