“Azəriqaz”: Abşeronda bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

      “Azəriqaz”:    Abşeronda bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
  07 Aprel 2025    Oxunub:393
Aprelin 8-də Abşeron rayonu, Novxanı ərazisinin qaz təchizatında fasilə yaranacaq.
AzVision.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Mehdiabad qəsəbəsində yeni çəkilmiş qaz xəttinin ümumi kollektora qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı “Abşeron” ölçü qovşağından dayandırılacaq.

"Qaz təchizatı dayandırılan müddətdə Novxanı ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda deyilir.

AzVision.az



Teqlər:





Xəbər lenti