Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
  08 Aprel 2025    Oxunub:678
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəyə yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva da işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəni abidələrin bərpasını, həmçinin digər quruculuq işlərini daim diqqət mərkəzində saxlayır, onun tapşırığı ilə bu sahədə mühüm işlər görülür.

Vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub. Görüşdə iştirak edən keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti