Bakıda güclü külək əsir, leysan yağış yağır

  Bakıda güclü külək əsir, leysan yağış yağır
  16 Aprel 2025    Oxunub:423
Aprelin 16-sı saat 6:00-a olan məlumatına əsasən ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.

Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır. Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağış yağır, güclü şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 33 m/s-yə çatır. Qeyd olunub ki, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrdir.

AzVision.az







Teqlər:





Xəbər lenti