Bulvarda qadın meyiti tapılıb

Bulvarda qadın meyiti tapılıb
  14 İyun 2013    Oxunub:1374
Dənizkənarı Milli Parkda 63 yaşlı Sara Cabbarovanın meyiti aşkar olunub.
Səbail rayon Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən 1947-ci il təvəllüdlü Cabbarova Sara Höccət qızının, təxminən saat 21 radələrində Səbail rayonu, Dənizkənarı Milli Parkda, "Venesiya şəhərciyi"nin qarşısında, oturacağın yanında ölməsi ilə əlaqədar Səbail rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluğun müstəntiqi, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə xarici baxış keçirilib.

Meyitin üzərində zorakı ölüm əlamətləri aşkar edilməyib, ölümün səbəbini aydınlaşdırmaqdan ötrü meyit daxili müayinə edilməsi üçün meyitxanaya göndərilib.

Anar


Teqlər:  





Xəbər lenti