“Narkotikanın yetişdirilməsi haqqında deyilənlər həqiqətdir”
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin yetişdirilməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, bu məsələ ilə bağlı bütün faktlarla tam şəkildə tanış olmayıb:
“Məndə bunu təsdiq edən məlumatlar yoxdur. Amma biz əmin olmalıyıq ki, bütün söylənilən fikirlər, gümanlar həqiqətdir”.