Şeyxülislam yeni səfirlə görüşüb

Şeyxülislam yeni səfirlə görüşüb
  14 İyun 2013    Oxunub:1406
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Musəid ibn İbrahim əs-Süleymi ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan Şeyxülislam ona bu yeni işində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin qədim tarixə malik olduğunu deyən A.Paşazadə ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

O, İslamın müqəddəs məkanlarına ziyarətlər zamanı Azərbaycanlı zəvvarlara yaradılan şəraitə görə Krallığın rəhbərliyinə minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

Səfir İslam ölkəsi olan Azərbaycanda çalışmaqdan qürur duyuğunu diqqətə çatdırıb, iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi üçün səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirib.

Diplomat Azərbaycanın İslam aləmindəki mühüm mövqeyindən danışıb, A.Paşazadənin dünyada nüfuzlu dini lider kimi tanındığını deyib. İslamın təbliği və tərəqqisində göstərdiyi xidmətlərinə görə Allahşükür Paşazadəyə minnətdarlığını bildirib.

Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.



Teqlər:  





Xəbər lenti