Jurnalistin ailəsinə hücum etdilər

 Jurnalistin ailəsinə hücum etdilər
  14 İyun 2013    Oxunub:1562
Bu gün saat dörd radələrində Zərdab rayonunun bir qrup sakini AZNEWS.AZ-ın əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edib.
Hücum edən şəxslər əsasən rayonun Alıcanlı kəndinin sakinləri olub. Onların sayının 30-dan çox olduğu bildirilir. Hücuma səbəb dünənadı çəkilən saytda yayımlanan “Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir” başlıqlı yazı olub.

Bahar Rüstəmlinin ailəsindən bildiriblər ki, hücum planlı şəkildə həyata keçirilib. Basqınçılar əməkdaşımızın ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs əməkdaşımızın atasına onu tapança ilə öldürəcəyini deyib.
Digərləri isə bu gecə onun başını kəsəcəklərini bildiriblər.

Hadisə barədə artıq Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər verilib. Məsələ ilə bağlı Zərdab rayon Polis İdarəsinin rəisi Elnur Həsənova da məlumat verilib. Rəis bildirib ki, hadisə yerinə polis əməkdaşları göndərəcək.

Həmçinin, DİN mətbuat xidmətinə də məlumat verilib. Mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə bildirib ki, məsələ araşdırılacaq və qanuni tədbirlər görüləcək.


AzVision.az



Teqlər:  





Xəbər lenti