Türkiyədə hökumətlə nümayişçilər razılaşdı

Türkiyədə hökumətlə nümayişçilər razılaşdı
  15 İyun 2013    Oxunub:1149
Türkiyədə Gəzi parkı aksiyaları bir qədər səngiyib.
Artıq hökumətlə nümayişçilər arasında kiçik bir razılaşma da əldə edilib.

Ölkənin Baş naziri RəcəbTayyib Ərdoğanın Taksim Həmrəylik qrupu və bir neçə sənət adamlarıyla görüşdən sonra referendum keçirilənə qədər Taksim meydanında tikinti işləri aparılmaması qərara alınıb. 3 saat çəkən görüşdə bir sıra tanınmış sənətçilər o cümlədən Mahsum Kırmızı Gül, Sunay Akın, Sertap Erener, Ali Sunal, Nebil Özgentürk, Ceyda Düvenci və digər tanınmışlar yer alıb.

Baş nazirin sənətçilərlə görüşü haqda jurnalistləri məlumatlandıran Ədalət və inkişaf partiyasının rəsmisi Hüseyin Çəlik bildirib ki, referendumun nəticəsi məlum olandan sonra Taksim meydanıyla bağlı planların dəqiq istiqaməti məlum olacaq.

Partiya rəsmisi asayiş keşikçilərin etirazçılara qarşı sərt davranması ilə bağlı istintaq işinin başladıldığını da qeyd edib. Taksim Həmrəylik qrupunun adından çıxış edən Tayfun Qəhrəman isə qərarın parkda toplaşan nümayişçilərlə müzakirə ediləcəcəyini bildirib.




Teqlər:  





Xəbər lenti