"Gəzi parkı" ilə bağlı 26 nəfər həbs edildi

"Gəzi parkı" ilə bağlı 26 nəfər həbs edildi
  16 İyun 2013    Oxunub:1098
Türkiyə polisinin Taksim "Gəzi parkı" hadisələri çərçivəsində Sosialist Demokrat Partiyasının (SDP) binasına təşkil etdiyi əməliyyat zamanı 59 nəfər saxlanılıb.
Saxlanılanlardan 28 nəfərin ifadəsi alınaraq azadlığa buraxılıb. 5 nəfər isə şübhəli şəxs qismində məhkəmə qərarı ilə nəzarətə götürlüb. 26 nəfər şübhəlinin isə həbs olunmasına qərar verilib.

Bu, məhkəmənin "Gəzi parkı" hadisələrində iştirak edənlər barəsində verdiyi ilk həbs qərarı olub.

Qeyd edək ki, hadisələrlə bağlı daha əvvəl həbs olunan 450 nəfərin ifadələri alındıqdan sonra onlar azadlığa buraxılıb.


Teqlər:





Xəbər lenti