Növbəti buraxılış imtahanları keçiriləcək
Qeyd edək ki, tədris ingilis və gürcü dillərində olan orta məktəblərin buraxılış siniflərinin şagirdləri mərkəzləşdirilmiş qaydada yalnız riyaziyyat fənnindən imtahan verəcəklər və onlara test tapşırıqları müvafiq tədris dilində təqdim olunacaqdır. Həmin şagirdlər üçün imtahan müddəti 45 dəqiqədir.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaqdır.
İmtahanların idarə olunması üçün 155 imtahan rəhbəri ayrılmışdır.
Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
9-cu sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini ;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir).
11-ci sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
9-cu sinif şagirdlərin buraxılış imtahanı haqqında məlumat:
İyunun 17-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 53 imtahan mərkəzi ayrılmışdır:
İmtahan Xızıda 1, Şamaxıda 2, Qobustanda 1, Mingəçevrdə 2, Şəkidə 5, Zaqatalada 4, Balakəndə 3, Qəbələdə 4, Qaxda 2, Oğuzda 2, İsmayıllıda 3, Ağsuda 2, Şirvanda 2, Hacqabulda 3, Qubada 6, Qusarda 3, Xaçmazda 4, Şabranda 3, Siyəzəndə isə 1binada təşkil olunacaq.
İmtahanda 21249 nəfər IX sinif şagirdinin (Xızıda 188, Şamaxıda 1022, Qobustanda 516, Mingəçevrdə 1189, Şəkidə 2316, Zaqatalada 1458, Balakəndə 1046, Qəbələdə 1812, Qaxda 729, Oğuzda 677, İsmayıllıda 1146, Ağsuda 820, Şirvanda 1075, Hacqabulda 977, Qubada 2140, Qusarda 1044, Xaçmazda 1887, Şabranda 696, Siyəzənda 511) iştirakı nəzərdə tutulmuşdur.
İmtahanın (9-cu sinif) idarə olunması üçün 1812 nəzarətçi-müəllim ayrılmışdır
11-ci sinif şagirdlərin buraxılış imtahanı haqqında məlumat:
İyunun 17-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 53 imtahan mərkəzi ayrılmışdır:
İmtahan Xızıda 1, Şamaxıda 2, Qobustanda 1, Mingəçevrdə 2, Şəkidə 5, Zaqatalada 4, Balakəndə 3, Qəbələdə 4, Qaxda 2, Oğuzda 2, İsmayıllıda 3, Ağsuda 2, Şirvanda 2, Hacqabulda 3, Qubada 6, Qusarda 3, Xaçmazda 4, Şabranda 3, Siyəzəndə isə 1 binada təşkil olunacaq.
İmtahanda 15054 nəfər XI sinif şagirdinin (Xızıda 116, Şamaxıda 605, Qobustanda 322, Mingəçevrdə 933, Şəkidə 1996, Zaqatalada 1273, Balakəndə 683, Qəbələdə 1380, Qaxda 527, Oğuzda 574, İsmayıllıda 989, Ağsuda 549, Şirvanda 788, Hacqabulda 670, Qubada 1009, Qusarda 802, Xaçmazda 1114, Şabranda 359, Siyəzənda 365) iştirakı nəzərdə tutulmuşdur.
İmtahanın (11-ci sinif) idarə edilməsi 1316 nəzarətçi-müəllim ayrılmışdır.
Müxtəlif tipli xüsusi halları olan məktəblərdə-valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün internat məkdəblərində, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, tədris ingilis və gürcü dillərində olan orta məktəblərdə, Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində, Respublika Olimpiya İdman liseyində, Bakı Xoreoqrafiya məktəbində, Penitensiar xidmətin tərbiyə müəssisələrində keçiriləcək buraxılış imtahanlarının 9-cu siniflərində 206 şagird ümumilikdə 6 imtahan mərkəzində imtahan verəcək. Bu imtahanların idarə olunması üçün 19 nəzarətçi-müəllim ayrılmışdır. Həmin məktəblərin 11-ci sinifinin buraxılış imtahanlarında 363 şagirdin iştirak edəcəyi nəzərdə tutulmuşdur. İmtahan 12 binada təşkil olunacaq və imtahanın idarə olunması üçün 44 nəzarətçi müəllim ayrılmışdır.
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.
AzVision.az