Prezident tarixi çıxış edəcək

Prezident tarixi çıxış edəcək
  17 İyun 2013    Oxunub:1365
Bu çıxışdan sonra ISAF qüvvələri təhlükəsizliyə nəzarəti tamamilə Əfqanıstan ordusuna təhvil verəcək
Əfqanıstan prezidenti Həmid Kərzai ölkəsinin silahlı qüvvələrinin təhlükəsizliyə nəzarəti tamamilə öz öhdəsinə götürdüyünü rəsmi şəkildə elan edəcək. Bu, ABŞ-ın ən uzun və ən baha başa gələn müharibəsində dönüş nöqtələrindən biri olaraq qiymətləndirilir.

Əfqanıstan silahlı qüvvələri 6 il əvvəl kişili-qadınlı 40 min nəfərlik personaldan ibarət idi. İndi isə bu rəqəm 352 min nəfərdir və ordu 12 ildir davam edən münaqişədən sonra hələ də qalmaqda olan "Taliban" təhlükəsinə qarşı səfərbər olub.

Əfqanıstan prezidenti təhlükəsizliyə nəzarətin təhvil verilməsinə dair tarixi çıxışı edən kimi "Əfqanıstanda Təhlükəsizliyə Beynəlxalq Dəstək Qüvvələri" (ISAF) rəsmi olaraq öhdəliklərini təhvil verəcək. Bununla belə, havadan müdafiə sahəsində NATO qüvvələrinin köməyindən qismən istifadə ediləcək. ISAF qüvvələrinin əməliyyatlar üzrə rəhbəri general-mayor Cozef Ostermanın fikrincə, əfqan ordusu bir çox çətinliklərə baxmayaraq, əsas maneələrin öhdəsindən gəlib.

Qeyd edək ki, bu ilin sonunadək Əfqanıstanda artıq yalnız 66 min amerikalı hərbçidən ibarət olan NATO qüvvələri də tamamilə geri çağrılacaq. ABŞ prezidenti Barak Obama 2014-cü ilin sonunadək başa çatmalı olan prosesdən sonra Amerika hərbçilərinin bir qisminin Əfqanıstanda yalnız təlim və konsultasiya məqsədilə qalacağını açıqlamışdı. Bu təklifi isə Əfqanıstan hökuməti dəstəkləməlidir.


Teqlər:





Xəbər lenti