Taksimdəki hadisələr 6 ay öncədən planlaşdırılıb

Taksimdəki hadisələr 6 ay öncədən planlaşdırılıb
  17 İyun 2013    Oxunub:1380
“Taksim gəzinti parkında baş verənlər 6 ay öncədən planlı şəkildə hazırlanan hadisələrdir”.
AzVision.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış deyib.

“Wall Street Journalı”nın suallarını cavablandıran Egemen Bağış bildirib ki, əslində bütün bu hadislərin baş verməsi, Türkiyədəki rejimi dəyişdirməyə yönəlib:

“Avropa Parlamenti tərəfindən verilən açıqlamaların baş verən hadisələrə heç bir aiddiyatı yoxdur. Baş nazir Rəcəb Tayyib Ərdoğan nümayişçilərlə ilk gündən etibarən dialoq aparmağa səy göstərib. Avropa Birliyində olan əksər ölkələr isə Türkiyənin günü-gündən artan inkişafına görə narahat olur. Bəzi avropalı siyasətçilər Türkiyə ilə əlaqələrini kəsmək istəyir. Halbuki bu gün Türkiyə, Avropadakı ən müasir dövlətdir, Ərdoğan da Avropadakı ən nufüzlu lider”.

Egemen Baxış vurğulayıb ki, Suriyada bir diktator hər gün orta hesabla yüzlərlə vətəndaşının ölümünə səbəb olur, Avropa bunu görmək istəmir amma “CNN International” da Taksimdə baş verənləri 3 saat fasiləsiz, canlı yayımlayır”.

“Bu Ərdoğanın bu günə kimi mübarizə apardığı ilk böhran deyil” deyən nazir, ölkədə qeyri-qanuni nümayişlərə son veriləcəyinə ümid etdiyini bildirib:

“Polisləri sorğuya çəkmək lazım deyil. Gəzinti parkındakı hadisələrin ağaclarla bağlı olmadığını nümayişçilər özləri də etiraf edir. Baş verənlər Türkiyədə rejimin dəyişdirilməsinə nail olmaq üçün aparılan bir mübarizədir. Bu təxribat, 6 ay əvvəl planlı şəkildə hazırlanmış bir təxribatdır”.

Egemen Baxış bununla bağlı əllərində müvafiq sənədlərin olduğunu da bildirib.

Mirvari


Teqlər:  





Xəbər lenti