Misir Suriya ilə diplomatik münasibətləri kəsdi

Misir Suriya ilə diplomatik münasibətləri kəsdi
  17 İyun 2013    Oxunub:1217
Misir Suriya ilə diplomatik münasibətləri rəsmi şəkldə kəsib və Suriyanın Misirdəki səfirliyini tezliklə bağlayacaq.
AzVision.az dünya mətbuatına istinadən məlumat verir ki, Misir həmçinin Dəməşqdəki diplomatik nümayəndəliyini geri çağırıb. Bu barədə Misir prezidenti Məhəmməd Mürsi “Misir Suriyada inqilabı dəstəkləyir” adlı konfransda çıxışı zamanı bildirib.

Mürsinin sözlərinə görə onun ölkəsi Suriya xalqını dəstəkləyir, lakin xalqını və uşaqları öldürən Suriya haökumətinə qarşı çıxır.

Misir prezidenti həmçinin Livanın “Hizbullah” qrupundan öz döyüşçülərini Suriya ərazisindən çıxarmağı və münaqişəyə qarışmamağı tələb edib.

AzVision.az


Teqlər:





Xəbər lenti