Təhsil Nazirliyinin loqosu niyə dəyişdirilib?

Təhsil Nazirliyinin loqosu niyə dəyişdirilib?
  18 İyun 2013    Oxunub:9411
Təhsil Nazirliyi nazirliyin loqosunun dəyişidirilməsi məsələsinə aydınlıq gətirib.
“Cəmiyyətimizin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə etdiyimiz dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir”
AzVision.az nazirliyin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, bu sözlər nazirliyin loqosunun dəyişdirilməsinə cavabda deyilir. Həmçinin bildirilib ki, cəmiyyətimizin bütün sahələrində, o cümlədən təhsil sistemində müşahidə etdiyimiz dəyişikliklər hər bir dövlət orqanının fəaliyyət prinsiplərinə yenidən baxılmasını şərtləndirir.

“Məhz bu baxımdan Təhsil Nazirliyinin loqosunun dəyişdirilməsi hazırda Nazirlikdə aparılan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan dəyişikliklərin tərkib hissəsidir. Düşünürük ki, Təhsil Nazirliyinin, ilk növbədə, ictimai şüurda formalaşmış obrazında, belə demək mümkündürsə, simasında müəyyən islahatların aparılması labüddür.

Bir sözlə, Nazirlik yeni və daim yenilənməkdə olan strategiyasının, amallarının Azərbaycan xalqına, cəmiyyətin bütün təbəqələrinə düzgün şəkildə çatdırılması üçün mümkün olanı edəcək. Təhsil Nazirliyinin loqosunun yenilənməsi məhz bu məfkurənin, bu yanaşmanın ilk təzahürü kimi dəyərləndirilməlidir”.

Yeni loqonun təməlində duran başlıca məna çalarları bunlardır: Dövlətçilik və azərbaycançılıq, elm və bilik, kitab və təhsil, müasirlik və inkişaf. Yeni simvolun yaradılması zamanı çalışırdıq ki, xalqımızın, xüsusən də gənc nəslin maarifləndirilməsinə, tərəqqisinə, insanlarımızın bilik və bacarıqlarının təkmilləşdirilməsinə görə bilavasitə cavabdehlik daşıyan dövlət orqanının mahiyyəti bu loqoda öz əksini tapsın.


AzVision.az



Teqlər:  





Xəbər lenti