Ruhani söz verdi

Ruhani söz verdi
  18 İyun 2013    Oxunub:1310
İranın yeni prezidenti Həsən Ruhani nüvə məsələsinin həll olunacağına söz verib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Ruhani prezident seçildikdən sonra ilk mətbuat konfransında onun ölkəsinə qoyulan sanksiyaları ədalətsiz adlandırıb. Onun sözlərinə görə Tehran uranın zənginləşdirilməsi proqramını dayandırmaq fikrində deyil.

Qərb ölkələri İranı nüvə silahını inkişaf etdirməkdə ittiham edir. İran isə öz növbəsində nüvə proqramının dinc xarakterli olduğunu bildirir.

“Bizim nüvə proqramı tamamilə şəffafdır. Biz eyni zamanda bütün dünyaya bəyan etmək istəyirik ki, İran İslam Respublikası beynəlxalq çərçivədə fəaliyyət göstərir” - Ruhani əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti