Ombudsman intiharlardan danışdı
“Cəzaçəkmə müəssisələri də canlı bir orqandır və cəmiyyətin tərkib hissəsidir. Ona görə də belə hallar orada qeydə alınır. Azərbaycanda işgəncələr əleyhinə qeyri-insani rəftara qarşı konvensiyanın əlavə protokoluna görə, Milli priventiv mexanizm yarandı. Hər gün bu tədbirləri həyata keçiririk. Bizim əməkdaşlarımız cəzaçəkmə müəssisələrindədirlər və oranın əməkdaşları tərəfindən insanlarla rəftarı yoxlayırlar.
Hər bir cinayət törətmiş insan, məhkum yalnız məhkəmənin qərarı ilə bir cəza ala bilir. Ondan başqa ona heç bir cəza tətbiq oluna bilməz. Bu kimi hallar olduğu halda dərhal Baş Prokurorluq və daxili işlər orqanlarına məlumatlar verilir, dəqiq araşdırmalar aparılır. Əgər həqiqətən belə bir halların olması təsdiqlənərsə, onlar lazımi qaydada cəzalandırılacaq”-deyə E.Süleymanova vurğulayıb.
Anar Kəlbiyev