Maliyyə nazirinin danışıqları dinlənilirmiş

Maliyyə nazirinin danışıqları dinlənilirmiş
  18 İyun 2013    Oxunub:1074
Ankara bildirib ki, əgər Türkiyə nümayəndəliyinin danışıqlarının dinlənilməsi ittihamı öz təsdiqini taparsa, Britaniya ilə ikitərəfli münasibətlərə xələl gətirəcək.
AzVision.az The Guardian-a istinadən məlumat verir ki, 2009-cu ilin sentyabrında Londonda keçirilən Böyük iyirmiliyin iqtisadi sammitində Türkiyənin maliyyə naziri Mehmet Şimşekin və onun nümayəndə heyətinin 15 üzvünün danışıqları dinlənilib və kompüterləri izlənilib. Lakin məhz hansı nümayəndənin hədəfə alınması dəqiq məlum deyil. Danışıqların dinlənilməsinin əsas məqsədi, qlobal maliyyə infrastrukturunda Türkiyənin mövqeyi barədə məlumat toplamaq olub.

Danışıqların gizli dinlənilməsindən təkcə Türkiyə Britaniya hökumətindən şikayət etmir. Britaniya kəşfiyyatı Cənubi Afrika və Rusiya siyasətçiləri və rəsmilərini də hədəfə alıbmış.

AzVision.az


Teqlər:  





Xəbər lenti