“ASAN xidmət”lərin sayı artacaq
Onun sözlərinə görə, hazırda 3 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, bunun da 2-si Bakıda, 1-i isə Sumqayıtdadır.
“Bu ilin sonuna kimi Bakıda 2 əlavə, Gəncədə yeni xidmət mərkəzi açılacaq. Mərkəzlərin açılması ləngiyən bölgələrdə xüsusi avadanlıqlarla təchiz olunan avtobuslar göndəriləcək və insanlara xidmət göstəriləcək. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan insanlar üçün mobil asan xidmətlər fəaliyyət göstərəcək ki, bunun vasitəsilə mərkəzin məsul şəxsləri onları istədikləri ünvanlara gedib vətəndaşlara xidmət edəcəklər. Bunun üçün də “ASAN xidmət” mərkəzlərində lazım olan bütün şərait yaradılıb. Şəffaflıq bizim sahədə əsas məsələdir. Burada ən vacibi maliyyə məsələləridir. “ASAN xidmət” mərkəzlərində korrupsiya halları mümkün deyil. Belə hallar aşkarlanarsa o zaman həmin şəxs işdən azad olunaraq, cinayət məsuliyyətinə cəlb oluncaq”.
Anar Kəlbiyev