Hitlerdən ilhamlanan prezident

Hitlerdən ilhamlanan prezident
  18 İyun 2013    Oxunub:1400
Şimali Koreya hakimiyyəti alman sosialistlərinin təcrübəsini dərindən öyrənmək qərarına gəliblər.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Şimali Koreya prezidenti Kim Çen In bildirib ki, Adolf Hitler rejimi Birinci dünya müharibəsindəki məğlubiyyətdən sonra Almaniyanı qısa müddətə bərpa etməyi bacarıb.

Çində işləyən adının açıqlanmasını istəməyən Şimali Koreya məmuru söyləyib ki, Kim Çen Inın ad günündə - yanvarın 8-də Dövlət Müdafiə Komitəsi üzvlərinə Hitlerin “Mayn kampf” əsərini bağışlaması təsadüfi deyil. Qeyd edək ki, Hitlerin bu əsəri Şimali Koreyada qadağan olunub.

Kim Çen In idman və doğum təbliğatında almanların nailiyyətlərindən ilhamlanır. 2011-ci ildə Şimali Koreya lideri hakimiyyətə gəldikdən sonra KİV idman və uşaqlar haqqında tez-tez materiallar dərc etməyə başlayır. Şimali Koreyanın müdafiə naziri əmr edib ki, “ölkə Hitler Almaniyasının gizli polisinə” tabe olsun.

30 yaşlı Kim Çen In hakimiyyətə gəldikdən sonra potensial islahatçı kimi özünü doğruldub və qəddar siyasətçi reputasiyasını qazanıb. Kim Çen In İsveçrədə tələbə ikən Hitlerin əsərlərilə tanış olub.

AzVision.az


Teqlər:





Xəbər lenti