Abdulla Gül:“Dayanmalıyıq, yoxsa..”

Abdulla Gül:“Dayanmalıyıq, yoxsa..”
  18 İyun 2013    Oxunub:1405
“Artıq dayanmaq vaxtıdır. Yoxsa 10 ildə qazandığımız nüfuzu bir həftədə itirəcəyik”.
Türkiyə prezidenti Abdullah Gül Gəzinti parkı ətrafında yaşanan hadisələri şərh edərkən : “Daha təmkinli və səbrli olmalıyıq. Düşüncüləri dinləmək, dialoq qurmaq önəmli idi. Hamının səsi eşidildi, insanlar toplaşdı, etirazlarını bildirdi. Bunun nəticəsidir ki, layihə hələlik təxirə salınır. Düşünmək, müzakirə etmək üçün kifayət qədər vaxtımız var” deyib.

Gərgin günlərin arxada qaldığını, hər kəsin olanlardan dərs almalı olduğunu deyən prezident Gül “İndi özümüzü toplamalıyıq yoxsa, özümüz-özümüzə ziyan vermiş olarıq. On ildir qazandığımız nüfuzu bir həftədə itirərik. Nöqsanlar ola bilər, çatışmamazlıqlar mütqləqdir, bunlar hamısı düzələcək. İnsanlar nədənsə narazıdırlarsa etiraz etməli, zorakılığa əl atmadan şikayətlərini dilə gətirməlidirlər. Əgər zorakılığa əl atılsa, haqlı etiraz da haqsız imici qazanar. Önəmli olan Türkiyəyə ziyan vurmamaq, Türkiyəyə qarşı haqsızlıq etməməkdir” deyə vurğulayıb.



Teqlər:  





Xəbər lenti