Obama Kemeronla yarışdı

Obama Kemeronla yarışdı
  18 İyun 2013    Oxunub:1199
ABŞ prezidenti Barak Obama ilə Britaniyanın baş naziri Devid Kemeron ən yaxşı rəssam olmaq üçün baş-başa gəliblər.
AzVision.az Mirror-a istinadən məlumat verir ki, Böyük səkkizlik dövlətlərinin Şimali İrlandiyada keçirilən sammiti ərzində iki lider yerli məktəblərdən birinə baş çəkib. Onlar şagirdlərlə birgə rəssamlıq etməyə başlayıblar.

“Sizcə mən Devidə qalib gələ bilərəm” – Obama baş nazirə işarə edərək zarafatla söyləyib. Lakin sonra Obama onunla bacarmayacağını boynuna alıb. Kemeron isə rəsmi Obamadan tez bitirib və qalib olub.

“Mən Devidin rəsmi bu qədər tez bitirəcəyini gözləmirdim” – Obama söyləyib. O, məğlubiyyətini qəbul etmək istəməyib və “mən bu uşaqlar kimi bacarıqlı ola bilmərəm, amma Deviddən bacarıqlıyam” – deyə əlavə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti