Qənirə Paşayeva: “Sizi Allaha tapşırıram”

Qənirə Paşayeva: “Sizi Allaha tapşırıram”
  18 İyun 2013    Oxunub:2097
“Millət vəkili Qənirə Paşayeva Türkiyənin MHP sədri Dövlət Baxçalının ona qəzəbləndiyi barədə yayılan xəbərə facebook sosial şəbəkəsində münasibət bildirib. Deputat bu xəbəri yayanlara sonuncu xəbərdarlığını edib.
“Bütün dostların diqqətinə!
Bəzi insanlar var ki, həyata sadəcə ona-buna pislik etmək və böhtan atmaq üçün gəlirlər. Çox təəssüf ki, hər birimiz bəzən belə insanların pisliyinə, şər-böhtanına məruz qalırıq. Bu cür adamlar elə bilirlər ki, pislik etdikləri, şər-böhtan atdıqları adamlar onların kimliyini və əməllərini bilmirlər. Sadəcə normal adamlar bu cür pislik, şər-böhtan xisləti ilə dolu insanlara cavab verib özlərini yormaq istəməzlər. Çünki belələrinin onsuz da dəyişməyəcəyini bilirlər.

Haqqımda Azərbaycanda, xüsusilə Türkiyədə yalan, şər-böhtan məlumatlar yayan, müxtəlif siyasətçilərə mənim adımdan yalan məlumatlar çatdıran azərbaycanlı qadını və onun Türkiyədəki "kişi " uzantılarını çox yaxşı tanıyıram və əməllərindən, etdiklərindən çox yaxşı xəbərdaram. Çox təəssüf ki, bəzi mədəni xəbərdarlıqlarıma baxmayaraq öz çirkin əməllərindən əl çəkmirlər.

O "azərbaycanlı qadın" adlandırmaqdan belə utandığım və onun Türkiyədəki uzantılarına sonuncu dəfə xəbərdarlıq edirəm. Özünüzü yığışdırın! Bu adamlar mənim səhifəmi "lupa" ilə təqib etdiklərinə görə yəqin ki mesajımı da çox tez görəcəklər. Bu adamlar anlamırlar ki, Azərbaycanda da, Türkiyədə də sevgi və sayğını qazanmaq üçün sadəcə xoş xislətli, dürüst əməlli və səmimi millətsevər olmaq lazımdır. Onlar kimi saxtakarları artıq Azərbaycanda da, Türkiyədə də yaxşı tanıyırlar. İnsanlar içərisində olmayan hörmətlərinin başqalarına pislik, şər-böhtan atmaqla qazanmaq olmaz.

Bir də unutmasınlar ki, onlardan heç bir qorxum yoxdur. İstəsəm, layiq olduqları cavabları verərəm. Amma təəssüf ki, qarşımda olan bu insanlar Allahdan qorxmayan insanlardır. Ona görə də sadəcə onlara sərf edəcəyim zamana heyfim gəlir və sonda həmin adamlara sizi Allaha tapşırıram deyirəm. Əgər içlərində bir az Allah qorxusu varsa, özlərini yığışdırarlar, əks halda layiq olduqları cavabları alacaqlar”.

AzVision.az


Teqlər:  





Xəbər lenti