Gəncədə mənzili oda verdilər
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının qəsdən törədildiyi ehtimal olunur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.