Qaçqınların sayı maksimuma çatdı

Qaçqınların sayı maksimuma çatdı
  19 İyun 2013    Oxunub:1103
2012-ci ildə dünya qaçqınlarının sayı 45,2 milyon nəfərə çatıb. Bu, 18 il ərzində maksimum göstəricidir.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, təkcə 2012-ci ildə 7,6 milyon nəfər qaçqın düşüb. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat verib.

Komissarlığın hesabatına görə, qaçqınların 55 faizi əsasən beş ölkədən – Əfqanıstan, Somali, İraq, Sudan və Suriyadandır. Hesabatda o da qeyd edilib ki, hazırda inkişaf etmiş ölkələr dünya qaçqınlarının 81 faizini sığınacaqla təmin edir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissar Antonio Quterreş bildirib ki, 2012-ci ildə 7,6 milyon nəfər qaçqın düşüb. Bu o deməkdir ki 4 saniyəyə bir nəfər qaçqın düşür. Quterreşin sözlərinə görə, bu göstərici komissarlığın, digər dövlətlərin və QHT-lərin məlumat bazasından əldə edilib.

Əfqanıstan qaçqınlarının sayı 32 il müddətə görə rekord göstəricidir. Əfqan qaçqınlarının 95 faizi İran və Pakistanda sığınacaq tapıblar.

2012-ci il üzrə Somali qaçqınların sayına görə ikinci, İraq üçüncü yerdə dayanır. Suriya isə dördüncüdür. Hesabata görə, Mali və Konqo dövlətlərindən qaçqın düşənlərin sayı tədricən artır.

AzVision.az


Teqlər:  





Xəbər lenti