“Beyin mərkəzlərinin rolu dəfələrlə artıb”
“Lakin gələcək nəsillərin tələbənin ödənilməsini də təhlükə altına almır. Davamlı İnkişaf konsepsiyasının əsas ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi proseslərlə vəhdətdə baxılmasıdır”.
F.Məmmədov bildirib ki, beyin mərkəzlərindən olan Strateji Araşdırma Mərkəzləri dövlətlər arasında güvənli bir bağlantı rolunu oynayır:
“Onlar ilk olaraq insanları maarifləndirməlidirlər. Çünki dayanıqlı inkişafın əsasında birinci insan kapitalı durur və bu gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul ediblər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu proqramlar çərçivəsində insan kapitalını yetişdirməkdir. Yaşının az olmasına baxmayaraq SAM 2013-cü ildə Pensilvaniya universitetinin reytinq sorğusuna əsasən dünyanın öndə gedən beyin mərkəzləri sırasında göstərilib. Ayrı-ayrı ölkələrin strateji araşdırmalar mərkəzinin əməkdaşlığı, onların birgə fəaliyyətləri, fikir mübadilələri bu prosesi daha da sürətləndirir. Həm də ölkələrin iqtisadi, siyasi, sosial və mədəni baxımdan bir-birilərinə inteqrasiya olması strateji araşdırmalar mərkəzlərinin birgə fəaliyyətini zəruri edir. Bu zaman əldə olunan nəticələr də daha effektiv olacaq və biz davamlı inkişafın təmin olunması üçün ən uyğun proqramların hazırlanmasına nail olacağıq”.
SAM-ın direktoru qeyd edib ki, son zamanlar bir çox dövlətlər özünün davamlı inkişaf konsepsiyalarını hazırlayıb bu çərçivədə müəyyən inkişaf proqramları yaradıblar:
“Hər bir proqramın həyata keçirilməsi maliyyə resurslarının olmasını tələb edir. Strateji araşdırma mərkəzləri doğru və müvafiq maliyyə mənbələrinin seçilməsində öz tövsiyələrini verə bilər”-deyə F.Məmmədov vurğulayıb.
Anar Kəlbiyev