Tələbələrimiz Beynəlxalq Olimpiya Akademiyasında
Bu məqsədlə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi Afinaya ezam olunub.
Sessiyada tələbələr “Olimpiya dəyərləri”, “Olimpizm və sülh”, “Olimpizm və humanizm dəyərləri”, “Olimpiya hərəkatının tarixi”, “Olimpiya təhsili” və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.
İyunun 12-də tədbirin açılış mərasimi keçirilib, iştirakçı ölkələrin təqdimatı olub. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşüblər. İngilis dilində təşkil edilmiş bu tədbirin əsas proqramı məhz Olimpiya kəndində həyata keçirilir.
AzVision.az