224 min manatlıq korrupsiya faktının üstü açıldı
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, müəyyən edilib ki, 2011-2013-cü illərdə cəmiyyətdə mühasib və baş mühasib vəzifələrində işləyərkən Nazim Zeynalov sığorta xidmətlərindən nağd şəkildə daxil olmuş 224 min 800 manat məbləğində pul vəsaitini kassaya mədaxil etməyərək mənimsəyib və bununla da cəmiyyətə külli miqdarda ziyan vurub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.