Obamadan Rusiyaya təklif: `Nüvə silahlarını azaldaq`

Obamadan Rusiyaya təklif: `Nüvə silahlarını azaldaq`
  20 İyun 2013    Oxunub:1232
İyunun 19-da Berlinə səfər edən ABŞ prezidenti Barak Obama Rusiyaya iki ölkənin strateji hücum silahlarını üçdə biri qədər azaltmağı təklif edəcəyini bildirib. Obamanın fikrinə görə, tərəflərin hər ikisi nüvə başlıqlarının sayını 1000 vahiddən çox azaltmalıdır.
Avropada taktiki nüvə silahının ixtisarı məsələsinin müzakirəsi də Amerika prezidentinin planlarına daxildir. Bu silah növünün Avropada daha çox olmasına baxmayaraq, Obama bu ideyanı NATO üzrə müttəfiqlərilə Rusiyaya təklif etmək niyyətindədir.

Prezident həmçinin 2016-cı ildə ABŞ-da nüvə təhlükəsizliyi üzrə sammit keçirməyə söz verib.

Yada salaq ki, 2010-cu ildə Praqada Barak Obama ilə Dmitri Medvedyev strateji hücum silahlarının (SHS-3) ixtisarı və məhdudiyyəti haqqında müqavilə imzalayıblar. Müqavilə 2011-ci ilin fevralında qüvvəyə minib. Müqaviləyə əsasən, yeddi il ərzində hər iki ölkə nüvə başlıqlarının ümumi miqdarını 1550 vahidə qədər, strateji daşıyıcıların - qitələrarası ballistik raketlərin, sualtı gəmilərin və ağır strateji bombardmançıların, ballistik raketlərinin sayını 700-dək azaltmalıdır.

ABŞ və Rusiya arasında SHS-3 müqaviləsinən qabaq, müddəti 2009-cu ildə bitən SHS-1 və 2012-ci ilin sonunadək qüvvədə olan SNP (strateji nüvə potensialı) müqavilələri qüvvədə olub.

AzVision.az


Teqlər:





Xəbər lenti