Sabah çətir götürməyi unutmayın
Rayonlarda iyunun 21-də şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur gecə 17-22 dərəcə, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Hava şəraitinin iyunun 22-də gündüzdən başlayaraq mülayimləşəcəyi gözlənilir. Son günlər respublikada müşayiət olunan hava şəraiti atmosfer təzyiqi sahəsinin dəyişməsi ilə əlaqədardır.
AzVision.az